Ermənistan ordusunun bölmələri atəşkəs rejimini 22 dəfə pozub

  • Space TV
  • 7 Yanvar 2020 10:00

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SPACE TV-ə bildiriblər ki, Ermənistanın İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Paylaş

 Xəbəriniz olsun