Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir

  • SpaceTV
  • 1 Oktyabr 2020 12:01

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir:

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər”, – məlumatda bildirilib.

Paylaş

 Xəbəriniz olsun