Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

  • Space TV
  • 15 Fevral 2021 17:26

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında müharibə iştirakçıları etiraz aksiyası keçiriblər.

Spacetv.az “Armenpress”ə istinadən xəbər verir ki, onlar nəzərdə tutulan maliyyə yardımının verilməsi tələbi ilə nümayişə çıxıblar.

“Döyüşlərdən 3 ay keçməsinə baxmayaraq, bizə hərbi bilet, müharibə iştirakçısı olduğumuza dair sənəd vermirlər. Öyrənmişik ki, bizə əməkhaqqı da verilməlidir. Ancaq onu da verməyiblər”, – aksiya iştirakçılarından biri deyib.

Bildirilib ki, yanvar və fevral aylarında da Müdafiə Nazirliyi binasının qarşısında hərbçilər bir neçə aksiya keçirib. Lakin problem hələ də öz həllini tapmayıb.

Paylaş

 Xəbəriniz olsun