Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verib

  • SpaceTV
  • 24 Noyabr 2020 17:30

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Mediaport Telegramm” məlumat yayıb.

O, 2018-ci ilin may ayının 29-da bu vəzifəyə təyin edilib. Onun keçmiş müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb, reallaşdırılan korrupsiya sistemində birbaşa iştirak etdiyi bildirilir.

Qeyd edək ki, M.Qambaryan bundan əvvəl Ermənistan hökumətinin administrasiyasında maliyyə-iqtisad idarənin rəisi olub. Bundan sonra beynəlxalq iqtisadi inteqrasiya və islahatlar üzrə nazir müavini işləyib. 2018-ci ilin aprelində bu qurum ləğv edilib.

Xatırladaq ki, ötən gün Ermənistan müdafiə nazirinin digər müavini Qabriel Balayan vəzifəsindən azad edilib.

Paylaş

 Xəbəriniz olsun