Ermənistan MTX-nin keçmiş direktorunun ölümü ilə bağlı cinayət işi bağlanıb

  • Space TV
  • 12 Yanvar 2021 15:59

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın ölüm faktı ilə bağlı cinayət işinin istintaqı yetərli dəlil-sübut olmadığı üçün dayandırılıb.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Rima Yeqanyan bildirib.

Qeyd edək ki, 2020-ci il yanvarın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Georgi Kutoyan Yerevan şəhərində ölü tapılıb. Ermənistan İstintaq Komitəsi 38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara olduğu bildirmişdi.

O, 2016-cı il fevralın 12-dən 2018-ci il mayın 10-dək bu vəzifədə çalışıb.

Paylaş

 Xəbəriniz olsun