Ermənistan millisi onlayn şahmat üzrə Olimpiadada qalmaqal yaradıb yarışdan qovuldu

  • Space TV
  • 28 Avqust 2020 22:46

Ermənistan təmsilçiləri Onlayn şahmat üzrə Olimpiadada qalmaqal yaradıblar və Azərbaycanla oynamayacaqlar.

Spacetv.az “Sputnik”ə istinadən xəbər verir ki, hazırda turnirin 1/4 final mərhələsi çərçivəsində davam edən oyunda Azərbaycan millisi Polşa ilə qarşılaşır.

Mümkün qələbə sayəsində millimiz Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşmalı idi. Ancaq sözügedən mübarizə qalmaqalla yekunlaşıb.

Oyunun gedişatında erməni şahmatçılardan birinin interneti kəsilib və yekunda Ermənistan 2.5:3.5 hesabı ilə uduzub. Ermənistan tərəfi qarşılaşmanın yenidən keçirilməsini tələb etsə də, FİDE buna etiraz edib.

Etirazların davamında Ermənistan millisi yarışdan uaqlaşdırılıb və onlara 0:6 hesablı texniki məğlubiyyət verilib.

Beləliklə, əgər bu gün Azərbaycan millisi Polşaya qalib gəlsə, sabah yarımfinalda Hindistanla üz-üzə gələcək.

Paylaş

 Xəbəriniz olsun