Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks Kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarılıb

  • SpaceTV
  • 27 Oktyabr 2020 16:48

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks Kəşfiyyat Departamentinin rəhbəri, general-mayor Ovanes Karumyan vəzifəsindən azad edilib.  

Spacetv.az-ın məlumatına görə, O. Karumyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, oktyabrın 26-da Ermənistan MTX Sərhəd Qoşunlarının Komandanı Vahinak Sarkisyan da işdən çıxarılıb.

Oktyabrın 8-də isə MTX direktoru Arqişti Kərəmyan istefaya göndərilmişdi.

Qeyd edək ki, bütün bunlar Dağlıq Qarabağda hərbi əməliyyatların gedişi fonunda baş verir.

Paylaş

 Xəbəriniz olsun