Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi

  • Space TV
  • 4 Noyabr 2020 14:20

Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Rüstəm Badasyan parlamentdə çıxışında bildirib ki, idarəsi Azərbaycana qarşı döyüşməyə könüllü getmək istəyən məhbusları göndərməyə razıdır.

Spacetv.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” xəbər yayır.

O, eyni zamanda, deyib ki, bu cür könüllü məhbusları rəsmiləşdirmək və amnistiyaya riayət olunması vacibdir:

“Bu məsələ artıq baş prokurorluqdadır, amma belə bir proses davam edir. Ədliyyə Nazirliyinin mövqeyinə gəldikdə, biz hər bir vətəndaşın səmimi niyyətinin tərəfdarıyıq”.

Badasyan onu da qeyd edib ki, həbsxanadakıların çoxu artıq işlərini buraxıb könüllü olaraq cəbhəyə gediblər, yəni indi məhbusları qoruyacaq heç kim yoxdur.

Paylaş

 Xəbəriniz olsun