Ermənistan jurnalistləri atəşə tutdu, xəsarət alan var

  • Space TV
  • 14 Oktyabr 2020 10:40

AZTV-nin cəbhə bölgəsində olan çəkiliş qrupu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Spacetv.az xəbər verir ki, telekanalın çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına mərmilər atılıb.

Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov yaralanıb. Həmçinin, televiziyanın avtomobilinə ziyan dəyib.

Paylaş

 Xəbəriniz olsun