Ermənistan Gəncəyə raket zərbələri endirib – VİDEO

  • Space TV
  • 8 Oktyabr 2020 16:21

Ermənistan yenidən Gəncəyə raket zərbələri endirib. Space TV xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin bu gün səhər saat 4 radələrində Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib. Hazırda prokurorluq əməkdaşları hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun