Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu – RƏSMİ

  • Space TV
  • 5 Noyabr 2020 10:14

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Spacetv.az xəbər veirr ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Paylaş

 Xəbəriniz olsun