Ermənistan danışıqlara hazırdır?

  • Space TV
  • 5 May 2020 13:26

ÇIXIŞLARININ BİRİNDƏ ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRİ ÖLKƏSİNİN QARABAĞLA BAĞLI BİRTƏRƏFLİ GÜZƏŞTƏ GETMƏYƏCƏNİ VURĞULAYIB. BU AZMIŞ KİMİ ZÖHRAB MNATSAKANYAN PROBLEMİN HƏLLİNİN QARŞILIQLI GÜZƏŞTƏ ƏSASLANMALI OLDUĞUNU DEYİB. NƏ DEYİM, AZƏRBAYCANIN 20 FAİZİNİ İŞĞAL  EDİB, DİNC ƏHALİNİ KÜTLƏVİ QIRĞINA  MƏRUZ QOYANLAR,  XOCALI KİMİ SOYQIRIMI MÜƏLLİFLƏRİ QARÇŞILIQLI GÜZƏŞTDƏN DANIŞIR

İRƏVANA RƏSMİ  BAKININ BU CAVABINDAN SONRA MNATSAKANYAN BƏYANATLARINDA KORREKTƏLƏR ETMƏLİ OLUB. O BİLDİRİB Kİ, ERMƏNİSTAN VƏ AZƏRBAYCAN MÜNAQİŞƏ TƏRƏFLƏRİ OLSA DA, İŞĞALÇI VƏ İŞĞALA MƏRUZ QALAN ÖLKƏNİ EYNİ QİYMƏTLƏNDİRMƏK YANLIŞDIR. DƏLİDƏN DOĞRU XƏBƏR…

DÜZÜ ERMƏNİSTAN RƏSMİLƏRİNİN BU GÜNKÜ ÇIXIŞI DÜNƏNKİ BƏYƏNATLARINDAN FƏRQLƏNƏ BİLİR. ÇÜNKİ ONLAR ÖZ DEDİYLƏRİNİ VƏZİYYƏTƏ UYĞUN OLARAQ DƏYİŞMƏYƏ ÖYRƏŞİBLƏR. LAKİN ƏKSƏR POLİTOLOQLARIN FİKRİNCƏ MNATSKANYANIN SON BƏYƏNATINI ERMƏNİSTANIN  DANIŞIQLARA HAZIR OLMASI KİMİ DƏ QİYMƏTLƏNDİRMƏK OLAR.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun