Ermənistan atəşkəs rejimini pozmaqda davam edir – RƏSMİ

  • SpaceTV
  • 26 Oktyabr 2020 12:11

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Paylaş

 Xəbəriniz olsun