Ermənilərin Tərtəri atəşə tutması zamanı mülki şəxs yaralanıb

  • Space TV
  • 12 Oktyabr 2020 10:38

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu yenidən atəşə tutur.

Bu barədə Spacetv.az xəbər verir.

Oktyabrın 12-si səhər saatlarından etibarən düşmən yenidən dinc sakinləri hədəf alaraq, Tərtər rayonun ətraf kəndlərinə ağır artilleriya ilə 20-dən çox top mərmisi atıb. Nəticədə Kəngərli kənd sakini xəsarət alıb, mülki evlərə ziyan dəyib.

Paylaş

 Xəbəriniz olsun