Ermənilərin “öldürdük” dediyi polkovnikimiz xidmətini davam etdirir

  • Space TV
  • 4 Noyabr 2020 12:38

Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.

Müdafiə Nazirliyindən Spacetv.az “Report”a istinadən xəbər verir ki, sorğuya cavab olaraq bildirilib ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da “feyk-nyus”dan başqa bir şey deyil.

Paylaş

 Xəbəriniz olsun