Ermənilərin mülki şəxslərə vurduğu ziyan barədə son məlumat açıqlandı

  • Space TV
  • 30 Noyabr 2020 15:34

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumdan Spacetv.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 5 nəfər minaya düşərək həlak olub.

Hücumlar nəticəsində 414 nəfər isə yaralanıb, 4 nəfər isə minaya düşərək xəsarət alıb.

Paylaş

 Xəbəriniz olsun