Ermənilərin Gəncə stadionuna vurduğu zərər aradan qaldırıldı

  • Space TV
  • 17 Noyabr 2020 17:28

Erməni terroru nəticəsində Gəncəyə atılan raketlərin təsirindən zərər görən şəhər stadionunda dəyən ziyanın aradan qaldırılmasına başlanılıb.

Spacetv.az-ın məlumatına görə, hadisə zamanı “Kəpəz” futbol komandasının ev oyunlarını keçirdiyi arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb və şüşələr qırılıb.

Klubun daxili imkanları hesabına qapı və pəncələr təmir olunub, qırılmış şüşələr yenisi ilə əvəzlənib.

Paylaş

 Xəbəriniz olsun