Ermənilərin dinc sakinləri qanına qəltan edən Bərdə terroru – VİDEO

  • SpaceTV
  • 28 Oktyabr 2020 12:21

Erməni Silahlı Qüvvələrinin Bərdəyə atdıqları raket nəticəsində 14 nəfər yaralanıb. Yaralılardan 4-ü uşaqdır. Space TV-nin verdiyi məlumata görə,  Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.

Düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib. Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Həlak olan və yaralılar var.

Erməni silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş,7 nəfər isə xəsarət alıb.

Yaralılardan 4-ü uşaqdır. Onların 9, 14, 15 yaşları civarındadırlar. Erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub. 

ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli bombalar atılıb.  Halbuki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli bombadan istifadə olunduğu üçün itki çoxdur. 

Paylaş

 Xəbəriniz olsun