Ermənilərin daha bir texnikası ələ keçirildi

  • SpaceTV
  • 1 Oktyabr 2020 13:48

Ermənilərin daha bir texnikası ələ keçirilib. Space TV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısında geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçır. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – “URAL” markalı hərbi maşınını qənimət olaraq ələ keçirib. Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir. Qeyd edək ki, daha əvvəl düşmənin 1 “URAL” və 1 “UAZ” markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

Paylaş

 Xəbəriniz olsun