Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu – FOTO

  • Space TV
  • 25 Avqust 2020 13:37

Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.

Spacetv.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə, Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Paylaş

 Xəbəriniz olsun