Ermənilər texnikalarını qoyub qaçdı – VİDEO

  • Space TV
  • 2 Oktyabr 2020 16:55

Azərbaycan Ordusu qarşısında geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçıb. Space TV xəbər verir ki, qəhrəman əsgərlərimiz  uğurlu əməliyyat nəticəsində düşmənin ondan çox hərbi maşınını qənimət olaraq ələ keçirib.  Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, hərbi ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.  Hərbi texnikaların demək olar ki, hamısı işlək vəziyyətdədir. Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilib.

Paylaş

 Xəbəriniz olsun