Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb

  • Space TV
  • 9 Noyabr 2020 15:24

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Spacetv.az xəbər verir ki, noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonun Əskipara kəndini artilleriya atəşinə tutub.

Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olumayıb.

Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb.

Paylaş

 Xəbəriniz olsun