Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var

  • Space TV
  • 5 Oktyabr 2020 10:12

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

Spacetv.az-ın məlumatına görə, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.

Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

Paylaş

 Xəbəriniz olsun