Ermənilər Tərtərə 20-yə yaxın top mərmisi atıb

  • Space TV
  • 6 Noyabr 2020 10:25

Cəbhədə gərgin döyüşlər davam edir.

Spacetv.az xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verib.

Bildirilib ki, Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.

Qeyd olunub ki, düşmən rayon ərazisinə ümumilikdə 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Paylaş

 Xəbəriniz olsun