Ermənilər Rusiya və İsraili də düşmən sayırlar

  • Space TV
  • 4 Dekabr 2020 17:19

Ermənistanda keçirilən rəy sorğusunun nəticələrinə görə ermənilər Türkiyə və Azərbaycanı düşmən sayırlar.

Spacetv.az “Novosti Armeniya”ya istnadən xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin diektoru Aram Navasardyan dekabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Ermənistanın təhlükəsizliyini hansı ölkədən təhdid edir” sualını respondentlər belə cavablandırıb: “Türkiyə 86,5 faiz, Azərbaycan 70,9 faiz, Rusiya 11,7 faiz, İsrail 10,4 faiz, Böyük Britaniya 6,4 faiz, ABŞ 5,4 faiz”.

Noyabrın 25-dən dekabrın 2-dək telefonla min nəfər arasında keçirilən sorğu Ermənistanın bütün bölgələrini əhatə edib.

Paylaş

 Xəbəriniz olsun