Ermənilər onu gözünün nurundan etdi – VİDEO

  • SpaceTV
  • 24 Oktyabr 2020 13:22

28 il əvvəl Xocalı soyqırımı  zamanı gözlərinin nurundan olan Elşən Space televiziyasına danışıb.

1992-ci il erməni-Azərbaycan münaqişəsi təzə alovlanmağa  başlayan zaman Laçın şəhərindən Xocalıya gedənlərdən biri də Elşən olub. O Xocalı faciəsinin canlı şahidlərindən biri olmaqla yanaşı, həm də erməni terrorçularının  insanlara yaşatdığı qanlı faciədə ağır yaralanaraq, hər iki gözündən olub. 

Dünya işığına həsrət qalan müsahibimiz danışır ki, həmin vaxt bəziləri qışın dondurucu soyuğuna dözə bilməyib.  Elşən özü də çoxlu qan itirib. Lakin taleyin oyunundan sağ çıxa bilib.

Müsahibim 12 gün mənfur düşmənin onlara yaşatdığı  çətinliklərdən, sağ qalmağı bacarır. Elşən özünü Ağdamda yerləşən Qarağac qəbirstanlığına çatdıra bilib.

1992-ci ildə yaşadığı bu faciənin necə ağır olduğunu, heç kəsə o cür çətinlikləri görməyi arzulamadığını  bildirir. Bax budur, erməni vəhşiliyi.  Erməni vandallığı, erməni xisləti. Ordumuzun  Qarabağı tam olaraq azad edəcəyi günü səbirsizliklə gözləyən həmsöhbətimiz burada ona yaradılan  bütün şəraitə baxmayaraq, öz doğma Vətəninə, Qarabağına qovuşacağı anın həsrəti ilə yaşadığını da əlavə edir.

“O yerləri görməyə gözümün nuru olmasa da həmin gün hər daşına, hər qayasında söykənərək bütün Qarabağı ziyarət edəcəm. Doğma elimizə, yurdumuza, obamıza  “aç qoynunu Vətən, kor gözlərimlə səni görməyə gəlmişəm” deyə səsim yetdikcə səslənəcəm”, deyir Elşən.

Paylaş

 Xəbəriniz olsun