Ermənilər Mingəçevirə raketlər atdı, Bərdədə məhv edildi

  • Space TV
  • 9 Oktyabr 2020 15:39

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə Spacetv.az xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alır, sakinləri raketlərlə atəşə tutur.

Oktyabrın 9-u günorta saatlarında düşmən Bərdə və Mingəçevir şəhərlərinə raketlərlə atəş açıb. Düşmənin atdığı raketlər Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilib. Raketlərin qalıqları Bərdə rayonunun Həsənqaya kəndinə düşüb. Nəticədə 3 inək tələf ölub, 2-si isə yaralanıb.

Hazırda döyüşlər davam edir.

Paylaş

 Xəbəriniz olsun