Ermənilər İkinci Qarabağ müharibəsində ölən daha 65 nəfəri etiraf edib

  • SpaceTV
  • 26 Yanvar 2021 12:22

Ermənilər İkinci Qarabağ müharibəsində məhv edilən daha 65 separatçını etiraf edib.

Spacetv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejim açıqlayıb.

Açıqlanan siyahıda ən gənc 2002, ən yaşlı isə 1961-ci il doğumludur.

Beləliklə, erməni tərəfinin İkinci Qarabağ müharibəsindəki itkiləri 3 600-ü ötüb.

Paylaş

 Xəbəriniz olsun