Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar

  • SpaceTV
  • 28 Oktyabr 2020 16:56

Ermənistanı dəstəkləyən etirazçılar Fransanın İzer şəhərində magistral yolu bağlayaraq işə gedən türkiyəlilərə hücum ediblər.

Spacetv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticəsində beş nəfər türk yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Həmin şəxs xəstəxanaya çatdırılıb.

Təxminən 300-400 nəfərə yaxın erməni etirazçının A7 magistral yolunu hər iki tərəfdən bağlaması nəticəsində səhər saatlarında Lion və Marsel istiqamətində tıxaclar başlayıb.

Sosial mediada kürəyinə Ermənistanın bayrağını bağlayan etirazçıların taxta parçası ilə iki nəfəri döymələrinin görüntüləri paylaşılıb.

Paylaş

 Xəbəriniz olsun