Ermənilər “fake” profillərdən döyüşlərlə bağlı saxta məlumatlar yayır

  • Space TV
  • 29 Sentyabr 2020 15:12

Sentyabrın 27-də, səhər saatlarında Ermənistan ordusunun cəbhəboyu ərazilərdə törətdiyi təxribat və bundan sonra ordumuzun əks-hücum əməliyyatlarından sonra sosial şəbəkələrin əsas gündəmi cəbhə xəbərləri olub.

Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə yayılan informasiyalar heç də həmişə həqiqəti əks etdirmir. Belə demək mümkündürsə, bəzən bu platformalar dezinformasiyaların yayılması, həqiqətin qəflət pərdəsi ilə örtülməsi üçün əsas vasitəyə çevrilir.

Mübarizənin təkcə cəbhədə yox, informasiya məkanında da getdiyi bir vaxtda dezinformasiyalar, “fake” profillərlə yayılan yalan xəbərlər ictimai fikri çaşdırmağa yönəlir.

Belə profillərdən biri də “Facebook” sosial şəbəkəsində “Zakir Huseinov” adı ilə açılıb. Profil ermənilər tərəfindən idarə olunur. Bu profildən cəbhədə vəziyyətin bizim əleyhimizə olduğu, vəziyyətin həddindən artıq acınacaqlı olması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Ümumiyyətlə, bu, ermənilərin azərbaycanlı adı ilə açdıqları ilk “fake” profil deyil, sosial şəbəkələrdə çox sayda belə hesablara rast gəlmək mümkündür.

Spacetv.az izləyicilərimizi belə saxta məlumatlara inanmamağa, onları tirajlamaqda vasitə olmamağa, doğru, dəqiq informasiyaları rəsmi mənbələrdən əldə etməyə çağırır.

Paylaş

 Xəbəriniz olsun