Ermənilər bu qadını gözündən etdi – VİDEO

  • SpaceTV
  • 24 Oktyabr 2020 14:11

Daha uşaqlarını, onların böyüməsini görə bilməyəcək. Erməni terroru bir günahsız insanı, bir Ananı bu arzulardan məhrum etdi. Söhbət 26 yaşlı Pərvin Qasımovadan gedir. Space TV xəbər verir ki, Pərvin Ermənistanın terrorçu hakimiyyətinin Gəncə şəhərinə atılan raket zərbəsi nəticəsində ağır xəsarət alan soydaşlarımızdandır.  Evinin yaxınlığına düşən raket zərbəsi onun gözlərini əlindən alıb.  Artıq Pərvin Qasımova görmür

Pərvin Qasımova  iki uşaq anasıdır.  Bu gün onu həyata bağlayan əsas səbəblərdən biri də qadının övladlarıdır. Pərvin xanım deyir ki, gözlərini itirməsi onu həyatdan soyutmayıb. “Vətən üçün nəinki gözlərim, canım da qurbandır”, deyən bu məğrur qadın öz duruşu ilə düşmənin sevinməsinə imkan vermir. Təəssüf doğuran isə sadəcə odur ki, erməni vəşiliyini, erməni terrorunun bu günahsız qurbanlarını dünya görmək istəmir. Gözləri görən, ancaq insanlıq hisslərini itirən bəzi beynalxalq təşkilatlar erməni vandallığına bir kor kimi göz yumur. Yumulan gözlərin, günahsız  axıdılan qanların intiqamı isə indi cəbhədə rəşadətli ordumuz tərəfindən alınır.

Paylaş

 Xəbəriniz olsun