Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutdu

  • SpaceTV
  • 30 Sentyabr 2020 15:24

Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutmağa başlayıb.

Spacetv.az-ın xəbərinə görə, işğalçı ordunun hərbçiləri rayonun Xan Ərəb kəndinə beş ədəd top mərmisi atıb.

Mərmilərdən dördü əkin sahələrinə, biri isə kənd sakini İsmayılov Adışirin Xasay oğlunun həyətinə düşüb.

Nəticədə, iki baş iribuynuzlu heyvan tələf olub, biri isə qəlpə yarası alıb.

Mərmi düşən vaxtı evdə səkkiz nəfər olub, xəsarət alan olmayıb.

Paylaş

 Xəbəriniz olsun