Ermənilər AzTV-nin əməkdaşlarına hücum ediblər, kameranı sındırıblar

  • Space TV
  • 3 Dekabr 2019 17:54

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi işğalçı ölkə nümayəndələrini qəzəbləndirib.

SPACE TV-in məlumatına görə, hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının (AzTV) məsələ ilə bağlı ərazidə çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

Qeyd edək ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olub. Bu narazılıqlar fonunda Qaregin Njdenin xatirə lövhəsinin sökülüb.

Paylaş

 Xəbəriniz olsun