Ermənilər Ağdamı atəşə tutub, top evə düşüb

  • SpaceTV
  • 30 Oktyabr 2020 14:17

Ermənistan silahlı qüvvələri yenidən Ağdam rayon ərazisini artilleriya atəşinə tutub.

Spacetv.az xəbər verir ki, düşmən növbəti dəfə dinc sakinləri hədəfə alaraq top mərmiləri atıb.

Mərmilərdən biri rayonun Əhmədağalı kəndi sakini Vəfa İsmayıl oğlu İsgəndərova məxsus yaşayış evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xırdabuynuzlu heyvanlar və ev quşları tələf olub.

Paylaş

 Xəbəriniz olsun