Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”

  • Space TV
  • 16 Noyabr 2020 15:12

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Spacetv.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, – valideynlərdən biri söyləyib.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.

Paylaş

 Xəbəriniz olsun