Erməni valideyn: “Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub”

  • Space TV
  • 26 Noyabr 2020 16:54

“Döyüşlərdən sonra əsgərlərin vəziyyəti çox ağırdır”.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən əsgər valideynlərindən biri deyib.

“Müharibədən sonra onların psixologiyası pozulub, əsəbləri yerində deyil, yorğundurlar. Araik Arutunyan (separatçıların başçısını nəzərdə tutur – red.) bildirib ki, bütün hərbçilər koronavirus, dizenteriya və hemorroydan əziyyət çəkir. Bizim uşaqlar üçün niyə minimal şərait yaradılmayıb və onlar tibbi müayinədən keçirilməyiblər?”, – valideyn bildirib.

Paylaş

 Xəbəriniz olsun