Erməni terroru daha bir ailəni məhv etdi – VİDEO

  • SpaceTV
  • 21 Oktyabr 2020 13:00

17 oktyabr  terroru daha bir ailənin məhvinə səbəb olub. Bir gecədə Qəhramanovlar ailəsinin tam 4 üzvü həyata gözlərini yumdu. Space TV xəbər verir ki, həmin gecə 34 yaşlı Xatirə, 18 yaşlı Ləman, 12 yaşlı Orxan və 7 yaşlı Məryəm amansızcasına qətlə yetirildi.

Xatirə Qəhramanovanın anası Vəfa xanım deyir ki, Gəncə şəhərinin ilk dəfə bombalanmasndan sonra övladına başqa şəhərə getmələri üçün dəfələrlə israr edib. Lakin Xatirə anası ilə razılaşmayıb. Son sözü “öləsi olsam da öz şəhərimdə öləcəm” olub.

Hadisə zamanı ailənin sonbeşikləri sayılan Orxan və Ləman da həyata gözlərini yumur. Düşmənin atdığı raket zərbəsi bu uşaqların yaşadığı evə düşür. Orxan və Məryəm elə oradaca dünyasını dəyişir. Uşaqların cəsədləri dağıntılar altından bir qədər sonra çıxarılıb. İndi ailənin tək təsəllisi yaxınlarının  qisasının alınmasıdır. Ordumuz qisas arzusunda olan bu ailənin istəyini yerinə yeirməkdədir. Qətlə yetirilən hər bir günahsız soydaşımızın ölümünə misli ilə cavab verilir. Cəbhədə düşmən tam mənası ilə  əzilir.

Paylaş

 Xəbəriniz olsun