Erməni tərəfi atəşkəs rejimini 20 dəfə pozub

  • SpaceTV
  • 15 Avqust 2019 10:46

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Bu barədə Space.TV-yə  Azərbaycan  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Paylaş

 Xəbəriniz olsun