Erməni Silahlı Qüvvələri atəşkəsi kobud şəkildə pozurlar – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2020 14:35

Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozmağa davam edir. Space TV xəbər verir ki, ötən axşam Ağdamın cəbhəyanı yaşayış məntəqələri ağır artilleriyadan və toplardan intensiv atəşə tutulub. Atılan mərmilər cəbhəyanı kənd və qəsəbələrə xeyli ziyan vurub. Mərmilərdən biri Qaradağlı kənd sakini Mehman Ağaməmmədova məxsus evin həyətinə düşüb. Mərmi evə və meyvə ağaclarına xeyli ziyan vurub.

Qeyd edək ki, müharibə başlayandan bu günə kimi bu həyətə düşən 3-cü mərmidir.

Paylaş

 Xəbəriniz olsun