Erməni jurnalist: “Yeni Njde”nin gəlişi Ermənistanın vətənpərvərlərini xoşbəxt edəcək”

  • Space TV
  • 6 Mart 2021 14:41

Erməni mənşəli rusiyalı jurnalist Aram Qabrelyanov əmindir ki, İrəvandakı “qiyamçı vətənpərvərlər”ə tezliklə “yeni Njde” başçılıq edəcək.

Spacetv.az AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalist bu barədə özünün “Facebook” səhifəsində yazıb. 

Onun sözlərinə görə, İrəvanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək:

“Sivil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb. Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir. O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”.

Xatırladaq ki, 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan digər praktiki fəaliyyət növlərinin yayılması haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası Qaregin Njde kimi millətçi təmayüllü, qeyri-müəyyən siyasi mövqeli, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumatlar olan bir şəxsin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb”.

Paylaş

 Xəbəriniz olsun