Erməni işğalçıları Şuşa yaxınlığında yüzlərlə cəsədi atıb getdi

  • Space TV
  • 16 Noyabr 2020 11:29

Şuşanın yaxınlığındakı ərazidə yüzlərlə erməni işğalçısının cəsədi qalıb.

 “RİA Novosti”nin məlumatına görə, bu barədə separatçı rejimin başçısı Arayik Arutyunyan bildirib.

O, bu müharibədə çoxlu insan itkisi verdiklərini etiraf edib.

“Bunu Şuşanın girəcəyində çıxarılan 150 hərbçinin cəsədi sübut edir… Daha yüzlərlə cəsəd isə döyüş meydanında qalıb. Bu qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradır”, – deyə Arutyunyan bildirib.

Paylaş

 Xəbəriniz olsun