Erməni idmançı azərbaycanlı ilə döyüşdən imtina etdi

  • Space TV
  • 29 Yanvar 2020 11:48

Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyan azərbaycanlı döyüşçü Nəriman Abbasovla görüşdən imtina edib. 

SPACE TV  xəbər verir ki, bununla bağlı Nəriman Abbasov şəxsi “Instagram” hesabında məlumat verib:

“Rusiyalı döyüşçü Eduard Vartanyan qorxdu və mənimlə görüşdən imtina etdi. O, özü çağırış etmişdi və mən dərhal razılıq verdim. Rəsmi danışıqlar zamanı o, geri çəkildiyini bildirdi. Çempionluq titulunu qorumaq üçün başqa namizədi gözləyirəm”.

Qeyd edək ki, Nəriman Abbasov “Fight Nights” çempion titulunu qorumaq üçün Moskvada erməni Eduard Vartanyanla üz-üzə gəlməli idi.

Paylaş

 Xəbəriniz olsun