Erməni etnosunun Qafqazla heç bir bağlılığı yoxdur – AMEADAN TARİXİ FAKTLAR

  • SpaceTV
  • 19 Fevral 2020 12:32

2020 – ci il fevralın 15 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransında iştirak etdi.

Həmin konfrans çərçivəsində Dağlıq Qarabağla bağlı panel müzakirələrin aparılması zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi ümumiyyətlə bilmədiyi, siyasi savadsızlığı üzə çıxmış, nəticədə isə o, açıq – aşkar biabır olmuşdur.

SPACE TV xəbər verir ki, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi Kamal Salayev Münxen Təhlükəsizlik Konfransında Paşinyanın həyasızcasına guya Qafqazda yalnız ermənilər və gürcülər yaşamış, azərbaycanlılar isə olmamışdır fikrlərinin yalnış olduğunu elmi və tarixi əsaslar ilə sübut edib.

“Bu fikir kökündən yalnışdır. Qeyd etmək lazımdır ki, ermənilər heç Ermənistanın Respublikasında da avtoxton əhali olmamışlar. Bu baxımdan X. Hyubşman, Q. Bonfante, E. Benvenist kimi görkəmli alimlər, eləcə də erməni alimi Y. Manandyan, ermənilərin ulu babalarının, o cümlədən onlara qohum olan frako – frikiya tayfalarının hələ e.ə. II minilliyin əvvəllərində Balkan yarımadasında, daha erkən dövrdə isə Qara dənizdən şimala tərəf olan vilayətlərdə yaşadığını hesab edirlər. Dyakonovun qənaətinə görə, bu tayfalar e.ə. XVIII ortalarında Kiçik Asiyaya soxulmuşlar. İ. K. Kanadşevin qənaətinə görə, ermənilər Gürcüstanın köklü əhalisi olmamışlar.

Paylaş

 Xəbəriniz olsun