Erməni cinayətləri BMT-də…

  • SpaceTV
  • 4 İyun 2020 11:43

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təmsilçisi silahlı münaqişələr zamanı mülkü əhalinin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının video-konfrans vasitəsilə həyata keçirilən açıq müzakirələrində iştirak edib. Daimi nümayəndəliyin təmsilçisi çıxışında Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə, xüsusilə də Azərbaycanlı mülki əhaliyə və infrastruktura dəymiş zərər və işğalçı ölkənin davam edən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat verilib. Burada, 1980-ci illərin sonunda 250 min azərbaycanlının Ermənistandan bir çox halda ölümlərlə müşayət olunan məcburi deportasiyası qeyd olunub, həmçinin 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin başlanıldığı və bunun nəticəsində on minlərlə insanın həyatını itirdiyi, o cümlədən mülkü infrastruktura, digər mülkiyyətə və yaşayış yerlərinə zərər verildiyi qeyd olunub. “əlbəttə beynəlxalq tribunalarda erməni cinayətlərini faktlarla səsləndirmək təqdirəlayiqdir. Çünki belə məqsədyönlü addımlar işğalçıların xarici cəfəngiyyatına stop deyir. Lakin BMT təhlükəsizlik şurasında elə həmin şuranın qəbul etdiyi 4 qətnamə haqqında da sual qoymaq lazımdır. Axı ermənilər həmin qətnamələrə məhəl qoymur” Rəsmi İrəvanın bu özbaşınalıqlarını onların güvəndiyi bəzi ədalətsiz hegemoncuqların yanlış siyasətinə də bağlamaq olar. İrəvan demişkən, Diaspor üzvlərimiz İrəvan xanlığımıza aid torpaqların ermənilərə verilməsindən danışıblar. “Virtual tədbirdə vaxtilə Rusiya və Fransada dərc edilən Qərbi Azərbaycan xəritələri nümayiş etdirilib, 102 il öncə mövcud olmuş mürəkkəb geosiyasi vəziyyətdə məcburən ermənilərə paytaxt kimi güzəşt edilən İrəvanın hazırda birgə yaşayışa deyil, işğalçılığa, terrora xidmət edən bir şəhər durumuna gəldiyi, İrəvanda saysız-hesabsız abidələrimizin məhv edildiyi, Ermənistanın 1918-ci ildə bir daha Azərbaycandan torpaq iddiasında olmayacağı ilə bağlı öz öhdəliyini “unutduğu”, böyük havadarlarının sayəsində Azərbaycanın yeni ərazilərinin işğalını həyata keçirdiyi vurğulanıb”.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan proqramların birində qonaq olarkən maraqlı fikirlər səsləndirib. O bildirib ki, koronavirusa görə Ermənistan zəif düşüb. Sabiq erməni baş nazir mövcud vəziyyətin Azərbaycan üçün hücum fürsəti olduğunu deyib. Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”, sitatın sonu.  Doğrudan da ölkəmiz humanist və sülhə sadiq siyasət aparmasaydı hərbi müdaxilə üçün zəmin də var, səbəb də, gücümüz də! Elə bircə onu deyim ki, erməniləri qorxuda saxlayan Lora da bizdədir. Söhbət İsrailin yalnız  Azərbaycana  satdığı  Lora raket komleksindən gedir. Artıq tel əviv silahın sınaqlarını da reallaşdırıb. Bu raketlər 90 və 440 kilometr uzaqlıqda  olan 2 hədəfi yüksək dəqiqliklə məhv edə bilir.

Anar Rəhimov Space Tv

Paylaş

 Xəbəriniz olsun