Erməni əsirliyində olan Dilqəmdən xəbər var

  • Space TV
  • 20 Dekabr 2019 11:28

2014- cü ildə  Kəlbəcər rayonunda erməni hərbçiləri tərəfindən  girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə 2 ildən sonra ötən ay növbəti   dəfə məktub göndərib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq Dilqəmin  ailəsinə təhvil verilib.Əsirin qardaşı Sahib Musayev deyir ki, 2 il ərzində Qırmızı Xaç Komitəsinin vasitəsi ilə  qardaşına dəfələrklə məktub yazmalarına  baxmayaraq göndərilən məktublara cavab ala bilməyiblər

5 ildir ki, erməni əsirliyində  olan  Dilqəm Əsgərovun  ailəsi  2017-ci ildə onunla görüşmək  üçün  Qırmızı   Xaç Komitəsinə müraciət edib. Öncə komitədən  görüşlə  bağlı müsbət rəy alınsa da sonradan ailəyə görüşün mümkünsüz olduğu bildirilib.

Dilqəmin qardaşı Sahib Musayevin sözlərinə görə artıq bir neçə müddətdir ki, Dilqəmin səhhəti və saxlanilma şəraitindən xəbərsizdilər. Çünki Sahib Musayev beynəlxalq qaydaları pozduğu üçün komitənin əsirlərə  mütəmadi baş çəkən həkiminə  Dilqəm Əsgərovun ailəsi ilə görüşməsinə qadağan  qoyulub

Xatırladaq  ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə erməni və azərbaycanlı əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqların  aparıldığını deyib: “Biz bu mövzu ətrafında danışmışıq. Əsirlərin dəyişdirilməsi məsələsi danışıqların gündəliyində olur. Bu ilin aprel ayında Azərbaycan, Ermənistan və Rusiya nazirlərinin görüşü bu mövzuya həsr olunub. Bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib. Görüş zamanı tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılığa gəlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları öz vətənlərinə dönüb. Biz olduqca vacib olan bu aksiyanı alqışlayır və buna həbsdə saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində ilk adım kimi baxırıq. Digər əsrlərə dair də işlər aparılır. Əgər belə bir razılıq əldə olunsa, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik”, – Mariya Zaxarova qeyd edib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun