Erməni əsir və girovluğundan azad edilənlər bu gün xəstəxanadan evə buraxılır

  • Space TV
  • 30 Dekabr 2020 14:17

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün saat 14:00-da evə buraxılacaqlar.

Bu barədə Modern.az-a keçmiş əsir Bayram Kərimovun ailə üzvləri məlumat veriblər.

Altı illik girovluqdan sonra azad edilən Şahbaz Quliyevin qardaşı İlham Quliyev də Modern.az-a hazırda Bakıda olduğunu, qardaşını qarşılmağa gəldiyini deyib:

“Bizə də dedilər ki, bu gün buraxılırlar, gözləyirik. Şükür bu günlərə. Sağ olsun Ali Baş Komandan, yaşasın Azərbaycan ordusu”.

Qeyd edək ki, keçmiş əsir və girovlardan beş nəfər artıq ailələrinə qovuşub.

Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək, Azərbaycana gətirilib. Onlar iki həftəlik karantin rejimində saxlanılırdı.

Paylaş

 Xəbəriniz olsun