Erməni əsilli Bakı sakini Paşinyanı Hitlerlə müqayisə etdi – VİDEO

  • SpaceTV
  • 16 Oktyabr 2020 21:43

Svetlana Qurgenovna Xankəndində doğulub. 74 ildir ki, Bakıda yaşayır. İşğalçı Ermənistan torpaqlarımızın 20 faizini zəbt etdikdən sonra bütün qaçqın və məcburi köçkünlər kimi o da 30 ildir ki, doğulduğu torpağa həsrət qalıb.
Space TV xəbər verir ki, Svetlana Qurgenovna müxtəlif illərdə DİN və Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunda laborant vəzifəsində çalışdığını və heç bir iş yerində erməni əsilli olmasının problemini yaşamadığını bildirir.
İşğalçı Ermənistan hakimiyyətinə nifrətini bildirən 82 yaşlı Svetlana Qurgenovna Azərbaycan vətəndaşı olması ilə qürur duyduğunu, ölkəmizdə digər xalqların nümayəndələri kimi minlərlə erməni əsilli Azərbaycan vətəndaşının da sülh və əmin-amanlıq şəraitində yaşadığını deyir.
Azərbaycanın dinc əhalisini hədəf seçdiyi üçün Paşinyanı Hitlerə bənzədən erməni vətəndaşımız onu hətta dünyanın 1 nömrəli terrorçusu da adlandırdı.
Svetlana Qurgenovnanın ən böyük arzusu Qarabağın tezliklə düşməndən azad olunması və Xankəndində dəfn olunan valideynlərinin məzarlarını ziyarət etməkdir.

Paylaş

 Xəbəriniz olsun