Enerji içkiləri barəsində yeni qərar

  • SpaceTV
  • 19 Oktyabr 2019 18:15

Qida Təhlükəsizliyi Agentliyində “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək sənəddə yaşı 18-dən aşağı olan şəxslərə enerji içkilərinin satışı qadağan olunur. Bundan sonra  məktəb və uşaq bağçalarının yaxınlığında belə içkilərin satışına icazə verilməyəcək.

Bir çox maddənin qarışığından  hazırlanan bu içkilərin gündəlik qəbul norması 2 şüşədən artıq deyil.  Lakin orqanizmin gücündən asılı olaraq 1 şüşə belə insan sağlamlığı üçün problem yarada bilər. Gənclər də bu içkilərin zərərlərini bilirlər lakin bundan istifadəyə yenə də davam edirlər.

Özləri də dediyi kimi bu içkilər artıq bir çox gənclərdə asılılıq yaradıb. Bu, yetkinlik yaşına çatmayanlar üçün isə daha təhlükəlidir.

Enerji içkilərinin zərərlərin göstərməkdənsə təbliğatı daha çox aparılır. 

Bu zərərli içkilərdən nə qədər uzaq olsaq bir o qədər də sağlam olarıq. Sağlam həyat da sağlam gələcək demək deyilmi? Gəlin öz əlimizlə gələcəyimizi baltalamayaq.

Orxan Şükür   SPACE TV

Paylaş

 Xəbəriniz olsun