“Emmi” mükafatı lauretları açıqlandı

  • SpaceTV
  • 21 Sentyabr 2020 10:17

ABŞ teleakademiyası 72-ci “Emmi” mükafatının laureatlarını təqdim edib.

Spacetv.az-ın məlumatına görə, bu barədə qurumun “Twitter” hesabında canlı yayım olub.

Ən yaxşı komediya serialı “Şitts Krik” seçilib. Ən yaxşı komediya aktyoru və ən yaxşı komediya aktrisası mükafatlarını da məhz sözügedən serialda oynamış Ketrin Ohara və Yudcin Levi qazanıblar.

Ən yaxşı dram aktrisası nominasiyasında “Eyforiya” serialındakı roluna görə Zendaya qalib olub. Ən yaxşı dram aktyoru  “Succession” serialında canlandırdığı obrazla Ceremi Stronq seçilib. Sözügedən serial həmçinin ən yaxşı dram serialı adına layiq görülüb.

Paylaş

 Xəbəriniz olsun