Emmanuel Makron Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

  • SpaceTV
  • 23 Oktyabr 2020 14:02

Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Sapcetv.az TASS-a istinadən məlumat verir ki, bu barədə Ermənistan prezident aparatının mətbuat xidməti məlumat verib.

Bildirilir ki, danışıqlar zamanı Sarkisyan və Makron əldə olunmuş atəşkəs razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

“Onlar münaqişənin həllində ATƏT-in Minsk Qrupunun rolunu qeyd ediblər və ən qısa müddətdə Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağın vacibliyi vurğulanıb”, – deyə məlumatda bildirilir.

Paylaş

 Xəbəriniz olsun